Türkiyədə dayanıqlı ərzaq sistemlərinə nail olunması müzakirə olunub

Türkiyədə dayanıqlı ərzaq sistemlərinə nail olunması müzakirə olunub Ölkə may ayında Ankarada keçirilən "G20" sammitinə hazırlaşır
ASK
29 Mart , 2015 12:18
Türkiyədə dayanıqlı ərzaq sistemlərinə nail olunması müzakirə olunub

Bakı. 29 mart. REPORT.AZ/ Türkiyənin "Böyük İyirmiliy"ə (G20) sədrliyi çərçivəsində bu ilin may ayında baş tutacaq "G20" kənd təsərrüfatı nazirlərinin iclasına hazırlıq məqsədi ilə Ankara şəhərində kənd təsərrüfatı nazir müavinlərinin birinci iclası keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə və Nazirlik Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Zaur Əliyevdən ibarət nümayəndə heyəti iştirak edib.

Kənd Təsərrüfatı Nazirliynin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, iclasda dayanıqlı ərzaq sistemlərə nail olmaq istiqamətində "G20" ölkələrinin əsas prioritetlərini ehtiva edən kommünikenin ilkin layihəsi müzakirə olunub, sənəd layihəsinin məzmunu ətrafında fikir mübadiləsi aparılaraq müvafiq təkliflər səsləndirilib. Tədbirdə nazirlərin görüşünə qədər sənəd layihəsinin təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi