Yuxarı
    Bağlamaq

    Tramp keçid komandası ilə görüş keçirəcək

    Keçmiş dövlət katibi, Trampın müşaviri olmağa namizəd Henri Kissincer də həmin mənzil–qərargaha gedib

    Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp noyabrın 18-də keçid komandasının üzvləri ilə iki saatlıq görüş keçirəcək.

    "Report" CNN teekanalına istinadən xəbər verir ki, həmin görüşdə yeni administrasiyada müxtəlif vəzifələri tutacaq namizədlər müzakirə ediləcək.

    Məlumata görə, noyabrın 17-də adı milli təhlükəsizlik sahəsində hallanan istefada olan general-leytenant Maykl Flinn, dövlət katibi vəzifəsinə namizədlərdən sayılan Nyu-Yorkun keçmiş valisi Rudolf Culiani də Donald Trampın mənzil-qərargahında olub. Xəbərdə bildirilib ki, bu gün keçmiş dövlət katibi, Trampın müşaviri olmağa namizəd Henri Kissincer də həmin mənzil–qərargaha gedib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi