"Təzə bazar"da qanunsuz fəaliyyət göstərən sex aşkarlanıb

"Təzə bazar"da qanunsuz fəaliyyət göstərən sex aşkarlanıb Aşkarlanan heyvan əti və daxili orqanlar müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib
ASK
6 Yanvar , 2017 20:01
Təzə bazarda qanunsuz fəaliyyət göstərən sex aşkarlanıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin qorunması, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar reyd keçirib.

DBNX-nın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, qida təhlükəsizliyi ilə əlaqədar alınan məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən Məmmədağa İbrahimova məxsus "Təzə bazar" MMC-də reyd keçirib.

Reyd zamanı Məmmədağa İbrahimova məxsus “Təzə bazar”ın ət satışı şöbəsinin yanında gecələr gizli, qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılan əti sümükdən ayıran sex aşkar edilib. Ətin sümükdən ayırlmasına sexə baxış keçirərkən 14 ədəd hissələrə bölünmüş 320 kq heyvan əti, 5 ədəd ağ polietilen torbalarda 64 kq sümükdən ayrılmış heyvan əti, 5 ədəd heyvaların daxili orqanları aşkarlanıb.

Aşkar olunan ümumi çəkisi 445 kq olan heyvan ətinin və daxili orqanların mənşəyinə, sağlamlığına dair heç bir sənəd təqdim olmadığı üçün həmin ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Müayinənin nəticələri məlum olana kimi 445 kq heyvan ətləri və daxili orqanlar müvəqqəti saxlamaq üçün komissiyanın iştirakı ilə soyuducu kameraya yerləşdirilərək möhürlənib.

Məmmədağa İbrahimova məxsus “Təzə bazar"da əti sümükdən ayıran sexdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunan qaydada qərar qəbul edilərək tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi