Şəmkirdə yığılmış kartofun həcmi açıqlanıb

Şəmkirdə yığılmış kartofun həcmi açıqlanıb Şəmkirdə 188 590,6 ton kartof yığılıb.
ASK
13 Sentyabr , 2024 02:28
Şəmkirdə yığılmış kartofun həcmi açıqlanıb

Şəmkirdə 188 590,6 ton kartof yığılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, məhsul istehsalçıları bu günədək əkdikləri 6598 hektar kartof sahəsinin 6583 hektarından məhsullarını toplayıblar ki, bu da ümumi kartof sahəsinin 99,8 faizini təşkil edir.

Rayon ərazisində əkilən bitkiyə nümunəvi qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişib.

Yığıma başlayan fermerlər qısa müddətdə 6583 hektar sahədən 188 590,6 ton kartof toplayıblar. Məhsulu yığılmış hər hektar sahədən 286,5 sentner kartof əldə olunub.

Yerli fermerlər bildirib ki, bu il becərdikləri kartof sahəsinin hər hektarından topladıqları məhsul nəzərdə tutduqlarından da artıqdır və məhsuldarlıq yüksək səviyyədədir. Bütün bunları nəzərə alaraq onlar növbəti ilə əkin sahələrini daha da genişləndirməyi planlaşdırırlar.

Qeyd edək ki, ötən ilin göstəricilərinə görə kənd təsərrüfatı məhsullarının istehsal həcminə görə respublikada lider mövqeyində qərarlaşan Şəmkir rayonunda cari ildə nəticələrin qorunub saxlanılması və daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi