"Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi Azərbaycanda regionların və kənd yerlərinin inkişafına dəstəyi layihəsinin - "Kəndimiz" kampaniyasının bütün Azərbaycanı əhatə etməsini arzu edirəm”.
“Report” xəbər verir ki, bunu Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestudis Yankauskas bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurumun Azərbaycandakı fəaliyyəti təhsil sahəsini də əhadə edəcək: “Biz Avropanın qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqini davam etdirəcəyik. Gözləyirik ki, qlobal miqyasda apardığımız işlərə və təşəbbüslərə Azərbaycan da qoşulacaq. Aİ bir sıra istiqamətlərdə - yaşıl iqtisadiyyat, bərpa olunan enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı, rəqəmsal tranformasiya, dayanıqlı kənd təsərrüfatı, “Ağıllı kənd” və “Ağıllı şəhər”lə bağlı fəailiyyətini davam etdirəcək”.