Yuxarı
    Bağlamaq

    “Səba”nın səhmdarlarının yığıncağı baş tutmayıb

    Yığıncağın vaxtı mayın 15-dən iyunun 16-na keçirilib

    Bakı. 17 may. REPORT.AZ/ “Səba” ASC-nin səhmdarlarının mayın 15-nə təyin edilmiş növbəti illik ümumi yığıncağı baş tutmayıb.

    “Report” xəbər verir ki, bu barədə müəssisənin İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.

    Məlumatda deyilir ki, yığıncaq yetərsay olmadığına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən çağırılır. Toplantı iyunun 16-da, saat 15:00-da, Cəmiyyətin inzibati binasının yerləşdiyi Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında olacaq.

    Yığıncağın gündəliyinə şirkətin nizamnamə kapitalının əlavə səhm emissiyası yolu ilə artırılması, Müşahidə Şurasının və İdarə Heyətinin tərkibinə baxılması, nizamnaməsində müvafiq dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul edilməsi barədə, səhmdar cəmiyyətinin 2016-cı il üçün illik (maliyyə) hesabatlarının dinlənilməsi, səhmdarlara ödəniləcək dividentlərin müzakirə edilməsi, kənar auditorun seçilməsi, xüsusi əhəmiyyətli əqdin bağlanmasına dair ümumi yığıncağın razılığının alınması və digər məsələlər daxildir.

    Xatırladaq ki, “Səba” ASC 1997-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 4 790 592 manatdır. "SƏBA" ticarət nişanı "Dəvəçi Broyler" ASC, "Biləsuvar Aqro", "Qarabağ Taxıl", “Baku Food Company” və “Dəvəçi Broyler Dərin Emal” MMC-ləri birləşdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi