Yuxarı
    Bağlamaq

    İsmayıllıda sahibkarların hüquqları ilə bağlı müzakirə aparılıb

    Tədbirdə iş adamlarının hüquqlarının qorunmasında maarifləndirmənin əhəmiyyəti vurğulanıb

    Bakı. 3 iyun. REPORT.AZ/ Bu gün İsmayıllıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Sahibkarların hüquq və mənafelərinin müdafiəsi” mövzusunda tədbir keçirilib. 

    "Report"un Nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirdə İqtisadiyyat və Ədliyyə nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq Maliyyə Korporasiyasının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

    İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov ölkədə həyata keçirilən iqtisadi islahatların hər bir bölgədə olduğu kimi, İsmayıllıda fəaliyyət göstərən sahibkarların hüquqlarının səmərəli müdafiəsinə zəmin yaratdığını bildirib, iş adamlarının hüquqlarının qorunmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.

    İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov bildirib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya və icazələrin sayının və rüsumların köklü şəkildə azaldılması, sənədlərin alınma prosedurlarının sadələşdirilməsi sahibkarlığın inkişafına əlavə stimul verir. Tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiqi, investisiya təşviqinin artırılması məqsədilə vergi və gömrük güzəştləri, qeyri-neft ixrac təşviqinin ödənilməsi və əlavə dəstək mexanizmlərinin yaradılması sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir. Azərbaycan Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması sahibkarların hüquqlarının daha etibarlı qorunmasına xidmət edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi