Yuxarı

Rusiyada 2018-ci ildən ərzaq kartları paylanacaq

ABŞ-da bu sistem 50 il öncə tətbiq olunub

Bakı. 30 sentyabr. REPORT.AZ/ Rusiyada 2018-ci ildən ərzaq yardımı ilə bağlı müvafiq kart sistemi tətbiq oluna bilər. "Report"un "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə "Rambler News Service" agentliyinə sənaye və ticarət nazirinin müavini Viktor Yevtuxov məlumat verib.

O bildirib ki, bu sistemin tətbiqinin real başlama tarixi bəlli deyil: "Lakin bu, 2017-ci ildə olmayacaq. Çünki, bununla bağlı büdcədən vəsait ayrılmayıb. Əgər alınsa, yəni pilot layihə dəstəklənsə və ona tələbat olarsa, 2018-ci ildə sistemi tətbiq etmək olar. Amma, bu da dəqiq tarix deyil".

Xatırladaq ki, ərzaq kartları ilə bağlı sistemin işə başlaması ilə bağlı qərar Sənaye və Ticarət Nazirliyi tərəfindən 2015-ci ilin fevralında verilib. Bu layihə qida keyfiyyəti artırılması nəzərdə tutulan şəxslərə kömək məqsədi ilə reallaşdırılacaq.

Qeyd edək ki, analoji proqram ABŞ-da 50 ildir həyata keçirilir. Orada hər bir ehtiyacı olan insana xüsusi talonlar (Food Stamp) vasitəsilə aylıq 130 dollar məbləğində yardım edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi