Yuxarı
    Bağlamaq

    Rusiya ​Azərbaycandan kənd təsərrüfatı idxalını 80% artırıb

    Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycanın iqtisadiyyat naziri ilə görüşüb

    Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün Sankt-Peterburqda işə başlayan beynəlxalq iqtisadi forum ərəfəsində Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev arasında görüş keçirilib.

    "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf məsələlərini müzakirə ediblər.

    Görüşdə iki ölkə arasında əməkdaşlığın intensivləşdirilməsində əlavə amilin qida və kənd təsərrüfatı məhsulları sahəsində olduğu qeyd edilib. Rusiyanın iqtisadi inkişaf naziri bildirib ki, Hökumətlərarası Komissiya çərçivəsində kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün işçi qrupu yaradılıb və bu istiqamətdə birgə işin yaxşı nəticəsi olub: "Qeyd edək ki, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı və qida məhsullarının ixracında artım müşahidə olunur".

    Bu ilin yanvar-aprel ayları ərzində Rusiyanın Azərbaycandan ərzaq məhsulları və kənd təsərrüfatı xammalının idxalı 55 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövründən 79,1% çoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi