Rusiya Azərbaycana hindtoyuğu əti ixracını 5 dəfə artırıb

ASK
  • 29 iyun, 2022
  • 12:39
Rusiya Azərbaycana hindtoyuğu əti ixracını 5 dəfə artırıb

2022-ci ilin ilk 4 ayı ərzində Azərbaycana 1,109 milyon ABŞ dolları dəyərində 823,99 ton dondurulmuş hindtoyuğu əti idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 66,6 % çoxdur, kəmiyyət olaraq – 17,2 % azdır.

Hesabat dövründə Rusiyadan 501,24 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 6,2 dəfə artıb) 195,58 ton (+5 dəfə), Braziliyadan 254,77 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 305,66 ton (+2,1 dəfə), Portuqaliyadan 90,01 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 76,47 ton (+3 dəfə), Almaniyadan 80,22 min ABŞ dolları dəyərində 80,25 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 66 min ABŞ dolları dəyərində (-6,9 dəfə) 88 ton (-8,8 dəfə) məhsul gətirilib.

2021-ci ildə Azərbaycanın xaricdən (14 ölkə) aldığı 3,1 min ton dondurulmuş hindtoyuğu ətinin 63 %-i Türkiyənin payına düşüb.

44 - Tezliklə