Rusiya Azərbaycana ət, süd və bal ixrac etməyə hazırlaşır

Rusiya Azərbaycana ət, süd və bal ixrac etməyə hazırlaşır Bununla bağlı iki ölkə arasında razılıq əldə olunub
ASK
23 May , 2017 18:43
Rusiya Azərbaycana ət, süd və bal ixrac etməyə hazırlaşır

Bakı. 23 may. REPORT.AZ/ İyunun 1-dən etibarən Rusiyanın ət, süd və bal istehsalçıları məhsullarını Azərbaycana ixrac etmək imkanı qazanacaqlar.

“Report” “Interfax”a istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət idarəsi (“Rosselxoznadzor”) və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi arasında razılıq əldə olunub və baytarlıq sertifikatı imzalanıb.

Sənədə əsasən, Rusiya Azərbaycana mal, qoyun, keçi, donuz və quş əti, kolbasa, ət konservi, süd və süd məhsulları, təbii bal və digər arıçılıq məhsulları ixrac edəcək.

Son xəbərlər

Orphus sistemi