Rüfət Məmmədov: "Aİ şirkətlərinin Azərbaycandakı islahatlara inamları ifadə olunub"

Rüfət Məmmədov: "Aİ şirkətlərinin Azərbaycandakı islahatlara inamları ifadə olunub" Bakı. 5 iyun. REPORT.AZ/ Almaniya Ticarət Palatasının hesabatında Avropa İttifaqı (Aİ) şirkətlərinin Azərbaycanda həyata keçirilən islahatlara inamları ifadə edilib.
ASK
5 İyun , 2018 12:22
Rüfət Məmmədov: Aİ şirkətlərinin Azərbaycandakı islahatlara inamları ifadə olunub
0 : 00
0 : 00

Bakı. 5 iyun. REPORT.AZ/ "Almaniya Ticarət Palatasının hesabatında Avropa İttifaqı (Aİ) şirkətlərinin Azərbaycanda həyata keçirilən islahatlara inamları ifadə edilib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, artıq dördüncü ildir Avropa İttifaqı ilə Azərbaycan arasında biznes forum keçirilir: "Bu il 700-dən çox iştirakçı foruma qatılıb. Avropa İttifaqı ölkələrinin iş adamlarının foruma göstərdiyi maraq böyükdür".

Nazir müavini Almaniya-Azərbaycan Ticarət Palatası tərəfindən Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətləri arasında sorğu keçirildiyini xatırladıb: "Həmin hesabat Azərbaycanda həyata keçirilən islahatlara olan inamı və bu islahatların iş adamları tərəfindən müsbət qiymətləndirilməsini göstərir. Bu hesabatların davam etdirməsinə ehtiyac duyulur. Bu istiqamətdə biz fəaliyyətimizi davam etdirəcəyik. Bu sahədə ölkədə fəaliyyət göstərən yerli və xarici iş adamlarının töhfəsi çox önəmlidir".

Son xəbərlər

Orphus sistemi