Qusarda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib

Qusarda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
ASK
2 Aprel , 2019 18:25
Qusarda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib

Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ağstafa rayonlarının ardınca növbəti səyyar satış aprel ayının 2-də Qusar rayonunun İmamqulukənd kəndində baş tutub. Satış zamanı İmamqulukənd və ətraf 9 kənddən 41 vətəndaş müraciət edərək və 25 ton azot gübrəsi əldə ediblər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə ediblər.

Son xəbərlər

Orphus sistemi