Qlobal ərzaq qiymətləri son 10 ilin maksimumuna yüksəlib

Qlobal ərzaq qiymətləri son 10 ilin maksimumuna yüksəlib Qlobal miqyasda ərzaq məhsullarının qiymətləri son 10 ilin maksimumuna yüksəlib.
ASK
7 Oktyabr , 2021 14:50
Qlobal ərzaq qiymətləri son 10 ilin maksimumuna yüksəlib

Qlobal miqyasda ərzaq məhsullarının qiymətləri son 10 ilin maksimumuna yüksəlib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayı üzrə Qlobal Ərzaq Qiymətləri İndeksinin aylıq əsasda 1,2 % artdığını açıqlayıb. Bu ilk növbədə bitki yağlarının, dənli bitkilərin və şəkərin qiymətlərinin artması ilə bağlıdır.

Hesabat ayında bitki yağlarının qiymət indeksi avqusta nisbətdə 1,7 % və ya 2,9 bənd artaraq 168,6 bənd təşkil edib. Artım əsasən palma və kolza yağlarının bahalaşması hesabına olub.

Dənli bitkilərin qiymət indeksi sentyabrda 2 % və ya 2,6 bənd artmaqla 132,5 bəndə çatıb. Aktiv qlobal tələb fonunda ixrac təklifinin azalması ilə bağlı ən çox buğda bahalaşıb. Hətta arpanın belə qiyməti artıb.

Ötən ay şəkərin qiymət indeksləri 0,5 % və ya 0,6 bənd artaraq 121,2 bəndə çatıb. Qiymətlərin bahalaşması şəkərin ən böyük ixracatçısı olan Braziliyadakı şaxta və quraqlıqla bağlıdır.

Son xəbərlər

Orphus sistemi