Qazaxıstan Azərbaycandan armud alışını 6 dəfədən çox artırıb
- 18 avqust, 2022
- 10:54
2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycan 1,82 milyon ABŞ dolları dəyərində 2 min 015 ton armud idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 11,4 % çoxdur.
Belçikadan 1,154 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 16 % azalıb) 1 min 282 ton (-15,3 %), Türkiyədən 278,76 min ABŞ dolları dəyərində (+4 dəfə) 309,74 ton (+4 dəfə), Cənubi Afrika Respublikasından 199,86 min ABŞ dolları dəyərində (+42 %) 221,86 ton (+41,7 %), Polşadan 70,76 min ABŞ dolları dəyərində 78,62 ton, Portuqaliyadan 58,24 min ABŞ dolları dəyərində 58,24 ton məhsul alınıb.
Doqquz il 2 aylıq fasilənin ardından Polşadan, 1 il 3 aylıq aradan sonra Portuqaliyadan tədarük bərpa edilib.
Hesabat dövründə xaricə 627,63 min ABŞ dolları dəyərində 817,11 ton armud göndərilib ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə müvafiq olaraq 3,7 dəfə və 3,4 dəfə çoxdur.
Rusiyaya 625,18 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 810,44 ton (+3,4 dəfə) və Qazaxıstana 2,45 min ABŞ dolları dəyərində (+5,8 dəfə) 6,67 ton (6,4 dəfə) məhsul satılıb.