Qazaxıstan Azərbaycana mərci tədarükünü kəskin artırıb

ASK
  • 07 aprel, 2022
  • 13:56
Qazaxıstan Azərbaycana mərci tədarükünü kəskin artırıb

Bu ilin yanvar ayında Azərbaycan xaricdən 506 min ABŞ dolları dəyərində 409,87 ton mərci tədarük edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 0,2 %, kəmiyyət olaraq – 35,8 % azalıb.

Hesabat dövründə Qazaxıstandan 334,32 min ABŞ dolları dəyərində 272 ton, Qırğızıstandan 85,72 min ABŞ dolları dəyərində 67,5 ton, Kanadadan 52,88 min ABŞ dolları dəyərində 44 ton, Rusiyadan 26,35 min ABŞ dolları dəyərində 21,9 ton, Türkiyədən 6,73 min ABŞ dolları dəyərində 4,47 ton məhsul alıb.

2021-ci ilin ilk ayı ilə müqayisədə Qazaxıstandan tədarük müvafiq olaraq 6,5 dəfə və 4,3 dəfə artıb, Qırğızıstandan – 78,1 % və 86,1 % azalıb, Rusiyadan – 56,4 % və 75 % azalıb, Türkiyədən – 40,8 % və 6,9 % artıb. Ötən ilin yanvar ayında Kanadadan mərci alınmayıb.