Qazaxıstan Azərbaycana buğda tədarükünü kəskin artırıb
- 08 fevral, 2022
- 09:45
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 287 milyon 557,6 min ABŞ dolları dəyərində 1 milyon 017 min 504 ton buğda (o cümlədən toxumluq) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 9,54 % artıb, kəmiyyət olaraq – 16,98 % azalıb.
Hesabat dövründə Rusiyadan 280 milyon 040 min ABŞ dolları dəyərində 991 min 511,8 ton, Qazaxıstandan 6 milyon 623,41 min ABŞ dolları dəyərində 24 min 895 ton, Türkiyədən 656,04 min ABŞ dolları dəyərində 1 min 064,19 ton, Avstriyadan 221,55 min ABŞ dolları dəyərində 22,1 ton, Fransadan 16,29 min ABŞ dolları dəyərində 10,8 ton, İtaliyadan 0,38 min ABŞ dolları dəyərində 0,1 ton məhsul alınıb.
2020-ci ilin 11 ayı ilə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 7,52 % artıb və 18,57 % azalıb, Qazaxıstandan – 3,8 dəfə və 3,3 dəfə artıb, Türkiyədən – 3,9 dəfə və 3,1 dəfə artıb, Avstriyadan 2,1 dəfə və 2,2 dəfə artıb. 2020-ci ildə Fransa və İtaliyadan buğda tədarük edilməyib.