Prezident: “Yəqin ki, Kəlbəcər balı digər yerlərdən daha çox keyfiyyətli olacaq”

Prezident: “Yəqin ki, Kəlbəcər balı digər yerlərdən daha çox keyfiyyətli olacaq” “Bizim balımız da çox keyfiyyətlidir. Yəqin ki, Kəlbəcər balı digər yerlərdən daha çox keyfiyyətli olacaq. Ona görə gərək həm daxili bazarı təmin edəsiniz, həm də ixrac”.
ASK
16 Avqust , 2021 23:59
Prezident: “Yəqin ki, Kəlbəcər balı digər yerlərdən daha çox keyfiyyətli olacaq”

“Bizim balımız da çox keyfiyyətlidir. Yəqin ki, Kəlbəcər balı digər yerlərdən daha çox keyfiyyətli olacaq. Ona görə gərək həm daxili bazarı təmin edəsiniz, həm də ixrac”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərdə arıçılarla söhbətində deyib.

Dövlət başçısı arıçılarla söhbət edib, xatirə fotosu çəkdirib. Arıçılar qeyd ediblər ki, bu, pilot layihədir. Əldə olunan məhsulun 20 faizi şəhid ailələrinə göndəriləcək. Qeyd edilib ki, gələcəkdə təsərrüfat sahəsi genişləndiriləcək. Kəlbəcər balı hələ keçmiş sovetlər dönəmində məşhur olub. Kəlbəcər balı bu adı özünə qaytaracaq.

"Ermənilər qanunsuz işləri çox görüblər. Həm təbiətimizi məhv ediblər, istismar ediblər", - deyə Azərbaycan Prezidenti qeyd edib. Dövlət başçısı bildirib ki, Kəlbəcərdə ermənilər yaşamasalar da, buranı özününküləşdirmək istəyiblər.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.

Son xəbərlər

Orphus sistemi