Ötən il Gürcüstan Azərbaycana son 15 ildə rekord dəyərdə qoyun ixrac edib

ASK
  • 23 yanvar, 2024
  • 08:52
Ötən il Gürcüstan Azərbaycana son 15 ildə rekord dəyərdə qoyun ixrac edib

2023-cü ildə Gürcüstan Azərbaycana 14,86 milyon ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azı son 15 ilin ən yüksək göstəricisidir və 2022-ci illə müqayisədə 20 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın qoyun ixrac etdiyi 8 ölkə sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 44 milyon ABŞ dolları dəyərində qoyun satıb ki, bu da bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur. O cümlədən, Gürcüstan Səudiyyə Ərəbistanına 16 milyon ABŞ dolları dəyərində, İraqa 7,6 milyon ABŞ dolları dəyərində, Küveytə 3,1 milyon ABŞ dolları dəyərində, İrana 1,2 milyon ABŞ dolları dəyərində qoyun ixrac edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricə 22,1 milyon ABŞ dolları dəyərində qoyun satıb ki, bunun da 12,4 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan diri qoyun tədarükünə çəkdiyi xərci 2,2 dəfə artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti