Ölkədə aqrar məhsullar niyə bahadır?

Ölkədə aqrar məhsullar niyə bahadır? Müşahidə: aqrar məhsulların ölkədə satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə daha ucuzdur
ASK
2 İyul , 2020 11:08
Ölkədə aqrar məhsullar niyə bahadır?

“Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında artım müşahidə edilir. Bu ilin yanvar-may aylarında aqrar məhsulların istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% çox olub, həmçinin kartof istehsalında 13,7%, tərəvəz istehsalı 16,2%, meyvə- giləmeyvə istehsalında 24,7% artım qeydə alınıb”.

“Report” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin Analitika Departamentinin müdir müavini Səadət Hacıyeva bildirib.

O deyib ki, hazırda taxılçılıq mövsümüdür və biçin davam edir: “Bu sahədə məhsuldarlıq qənaətbəxşdir. Lakin bu il iqlim şəraiti taxılçılıq üçün uyğun deyildi. Quraqlıq olduğuna görə taxıl məhsulunun istehsalında ötən illə eyni göstərici əldə edilməsi proqnozlaşdırılır".

S.Hacıyeva əlavə edib ki, ölkədə aqrar məhsulların satışı ilə bağlı heç bir məhdudiyyət yoxdur və bu sahədə ciddi problemlə qarşılaşmamışıq: “Şəhər bazarlarında aqrar məhsullara tələbat yüksəkdir”.

O, aqrar məhsulların baha qiymətə olmasına münasibət bildirib:" Mövsümü məhsullarının qiyməti baha görünür. Lakin biz mütəmadi olaraq məhsullarının qiyməti ilə bağlı müşahidələr aparırıq və müşahidələr göstərir ki, aqrar məhsulların ölkədə satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə daha ucuzdur. Məhsulların baha təklif edilməsi tələb-təklif münasibətlərindən asılıdır. Aqrar sahə artıq gəlirli sahəyə çevrilir. Bu sahədə rəqabət qabiliyyəti artır”.

Son xəbərlər

Orphus sistemi