Estoniyanın Tartu şəhərində bu ölkənin
Bu barədə "Report"a Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, 15-ə yaxın ölkənin müvafiq dövlət qurumları, kənd təsərrüfatı məhsulları istehsalçıları, BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələrinin iştirak etdiyi forumda ölkəmizi nazirliyin tabeliyində "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru Leyla Məmmədova, şirkətin şöbə müdiri Röyal Şirinov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Namiq Məmmədov və Aqrar Xidmətlər Agentliyinin sektor müdiri Bəhlul Salmanov təmsil edib.
Aqroforumun bu ilki əsas mövzusu ərzaq təhlükəsizliyi, aqro ekologiya və orqanik məhsul istehsalının inkişaf etdirilməsi istiqamətində müxtəlif təcrübələrin araşdırılması olub. Bu mövzunun Davamlı İnkişaf Məqsədlərinə də uyğun olması və bu sahədə müxtəlif ölkələrin təcrübələrinin nəzərə alınması, orqanik məhsul istehsalının elmi və iqtisadi əhəmiyyətinin düzgün araşdırılmasının əhəmiyyəti barədə forumda müxtəlif təqdimatlar edilib. Forum iştirakçıları aqro ekoloji prinsiplərin tətbiq edilməsi, orqanik kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində elmi tədqiqat işlərinin dərinləşdirilməsi, fermerlərin maarifləndirilməsi istiqamətində işlərin intensivləşdirilməsi, ətraf mühitin mühafizəsi ilə əlaqədar dövlət səviyyəsində əsaslı siyasətin formalaşdırılmasının əhəmiyyətini qeyd ediblər.
Aqroforumda ailə təsərrüfatlarının inkişaf etdirilməsi və onların təbii resurslarının istifadəsi və qorunması istiqamətində maarifləndirilməsinin və bilik mübadiləsinin təşkil edilməsi, bu sahədə tədqiqatların aparılmasının gücləndirilməsi və onun nəticələrinin təsərrüfatlarda sürətlə tətbiqinin stimullaşdırılması, orqanik məhsulların istehsalı və onların satışının təşviqi yollarının axtarıb tapılması və s. mövzularda müzakirələr aparılıb.