Nazir: "Rusiya şəbəkələri üçün məhsul ixracını artırmalıyıq"

Nazir: "Rusiya şəbəkələri üçün məhsul ixracını artırmalıyıq" Bakı. 1 noyabr. REPORT.AZ/ Rusiya bazarı genişdir və hələ ki, biz burada ciddi təhlükə görmürük.
ASK
1 Noyabr , 2017 14:14
Nazir: Rusiya şəbəkələri üçün məhsul ixracını artırmalıyıq
Kənd təsərrüfatı naziri Heydər Əsədov / Report

Bakı. 1 noyabr. REPORT.AZ/ "Rusiya bazarı genişdir və hələ ki, biz burada ciddi təhlükə görmürük".

"Report" xəbər verir ki, bunu jurnalistlərin Türkiyə pomidorlarının Rusiyaya ixracının başlayacağı ilə bağlı sualını cavablandıran kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

H.Əsədovun sözlərinə görə, artıq bazar anlayışı dəyişib: "Bazar sırf bizim anladığımız kimi deyil, Rusiya şəbəkələri üçün məhsul ixracını artırmalıyıq. Çünki bazar get-gedə öz əhəmiyyətini itirir. Marketlər, supermarketlər, logistika mərkəzləri yaranır. Biz öz məhsullarımızın qablaşdırılmasını həyata keçirib bu şəbəkələr uğrunda mübarizəyə başlamışıq. Azərbaycan pomidoru indi brend kimi tanınır. Türkiyə ilə birgə hər zaman Rusiya bazarını pomidorla təmin etmişik".

Son xəbərlər

Orphus sistemi