Nazir müavini: "Azərbaycan bütün sahələr üzrə beynəlxalq sənədlərə uyğun fəaliyyət göstərir"

ASK
  • 13 may, 2025
  • 16:31
Nazir müavini: Azərbaycan bütün sahələr üzrə beynəlxalq sənədlərə uyğun fəaliyyət göstərir

Azərbaycan bütün sahələr üzrə, o cümlədən kənd təsərrüfatı üzrə beynəlxalq konvensiyalara və protokollara uyğun fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu gün Bakıda öz işinə başlamış 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") va 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan”) sərgiləri çərçivəsində keçirilən "Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı" adlı konfransda bildirib.

"Ölkə Prezidentinin apardığı siyasət nəticəsində Azərbaycanın mərkəz kimi imici formalaşıb. Ölkəmiz vədlərinə əməl edən etibarlı tərəfdaşdır, dinamik şəkildə artan iqtisadiyyata, siyasi-iqtisadi sabitliyə malikdir, eyni zamanda, innovasiyalara və texnoloji proseslərə açıqdr. Bu amllər onu mərkəz kimi formalaşdırır, böyük imkanlar yaradır. Azərbaycan müstəqilliyini qazandığı ilk illərdən etibarən beynəlxalq müstəvidə müzakirə edilən məsələlərdə yaxından iştirakçı olub, dəstək verib. Ölkəmizdə keçirilən COP29 bu istiqamətdə təşəbbüslərin formalaşmasına səbəb olub”,- deyə o qeyd edib.

44 filmi