Nazir: "Azərbaycanla Pakistan arasında iqtisadi münasibətlər siyasi münasibətlərə adekvat deyil"

Nazir: "Azərbaycanla Pakistan arasında iqtisadi münasibətlər siyasi münasibətlərə adekvat deyil" Bakıda Azərbaycan-Pakistan Birgə İşçi Qrupunun iclası keçirilib
ASK
103
7 Dekabr , 2017 13:14
Nazir: Azərbaycanla Pakistan arasında iqtisadi münasibətlər siyasi münasibətlərə adekvat deyil
Kənd təsərrüfatı naziri Heydər Əsədov / Report

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-Pakistan Birgə İşçi Qrupunun I iclası keçirilib və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

"Report"un verdiyi xəbərə görə, iclas çərçivəsində həmçinin Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovla Pakistanın federal milli ərzaq təhlüksəziliyi və tədqiqat naziri Sikandar Hayat Xan Bosa arasında görüş baş tutub.

H.Əsədov bildirib ki, hazırda ölkələr arasında kənd təsərrüfatı sahəsində əlaqələr arzuolunan səviyyədə deyil. 

Onun sözlərinə görə, Pakistandan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracı 3 mln. dollar, Azərbaycandan Pakistana ixracı isə 10 min dollarla ölçülür. Bu da kənd təsərrüfatında əlaqələrin siyasi əlaqələrə adekvat olmadığını göstərir.

"Azərbaycanla Pakistan arasında siyasi münasibətlər yüksək səviyyədədir. İqtisadi münasibətlər siyasi münasibətlərə adekvat deyil. Siyasi münasibətlərin yüksələn xətlə inkişafı ilə yanaşı iqtisadi münasibətlərin də inkişafına ehtiyac var. Hazırda iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələr arzuolunan səviyyədə deyil. Ümid edirik ki, bu toplantıdan sonra artıq bu sahədə əməkdaşlıq üzrə ciddi addımlar atılacaq. Həm Azərbaycan, həm də Pakistan əlaqələrin inkişafında maraqlıdır", - azərbaycanlı nazir qeyd edib.

H.Əsədov bildirib ki, işçi qrupu xüsusən idxal-ixracın strukturunu araşdırmalı və qiymətləri müqayisə etməlidir: "Belə ki, hazırda Pakistan ildə 7 mlrd. dollarlıq kənd təsərrüfatı məhsulları idxal edir ki, bu məhsullar içərisində bəzilərini - süfrə üzümü, alma və s. Azərbaycandan daha ucuz idxal edə bilər. Ona görə də işçi qrupu qısa müddətdə konkret təkliflər verməlidir ki, ticarət genişləndirilsin".

Daha sonra iclasın yekun protokolu imzalanıb. 

Son xəbərlər

Orphus sistemi