Nazir: "Azərbaycanın kənd təsərrüfatında inqilabi dəyişikliklər olacaq"

Nazir: "Azərbaycanın kənd təsərrüfatında inqilabi dəyişikliklər olacaq" Heydər Əsədov: "Azərbaycan xarici təcrübəni öyrənəcək"
ASK
950
29 Yanvar , 2016 11:28
Nazir: Azərbaycanın kənd təsərrüfatında inqilabi dəyişikliklər olacaq

Bakı. 29 yanvar. REPORT. AZ/ Yaxın illərdə Azərbaycanın kənd təsərrüfatı sahəsində inqilabi dəyişikliklər olacaq. "Report"un məlumatına görə, bunu Bakıda keçirilən "Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda əməkdaşlıq konfransında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazir deyib ki, son dövrdə baş verən hadisələr aqrar sektorda yeni imkanlar yaradır. 

"Aqrar sektor ölkəni təkcə kənd təsərrüfatı məhsulları ilə təmin etmək deyil, həmçinin ölkəyə valyutanın daxil olmasına, məşğulluğun artmasına təkan verəcək. Bu sahədə konkret planlar var. Düzdür, bu sahədə bizdən əvvəl təcrübəsi olan ölkələr var, biz də onların təcrübəsini öyrənəcəyik ", - deyə H.Əsədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi