Yuxarı
    Bağlamaq

    Nazir: "Azərbaycan bu il taxıl istehsalını artıracaq"

    Taxıl istehsalında 2015-ci ilə nisbətən bir neçə faiz artım gözlənilir

    Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı sektorunda bu il taxıl istehsalının artacağı gözlənilir. “Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib: “Bu il taxıl istehsalı üçün çox əlverişli ildir”.

    Onun sözlərinə görə, taxıl istehsalında 2015-ci ilə nisbətən bir neçə faiz artım gözlənilir: “Fövqəladə hallar baş verməsə, keçən ilə nisbətən artıq məhsul əldə edəcəyik. Biçinə tam hazırıq, kombaynlar tam təmin olunub, "Aqrolizinq" ASC-nin bütün heyəti artıq yerlərdədir. Prosesə başlayacağımız günü gözləyirik”.

    Xatırladaq ki, 2015-ci ildə ölkədə taxıl istehsalı təxminən 2,8 mln. ton olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi