“Naxçıvan Aqroservis” dövlət qeydiyyatına alınıb

“Naxçıvan Aqroservis” dövlət qeydiyyatına alınıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Naxçıvan Aqroservis” ASC-ni dövlət qeydiyyatına alıb.
ASK
1 Sentyabr , 2020 10:48
“Naxçıvan Aqroservis” dövlət qeydiyyatına alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Naxçıvan Aqroservis” ASC-ni dövlət qeydiyyatına alıb.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Xatırladaq ki, yeni kommersiya qurumu indiyə qədər mövcud olan “Naxçıvan Aqrolizinq” ASC-nin bazasında yaradılıb. Bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov avqustun 24-də fərman imzalayıb.

“Naxçıvan Aqroservis”in hüquqi ünvanı Naxçıvan şəhəri, Xətai küçəsi, nizamnamə kapitalı 4 min manat, qanuni təmsilçisi isə Vasif Qılman oğlu Məmmədovdur.

Son xəbərlər

Orphus sistemi