Mütəxəssis: “Karbamid çox əhəmiyyətli gübrədir”

Mütəxəssis: “Karbamid çox əhəmiyyətli gübrədir” “Karbamid kənd təsərrüfatı bitkilərinə verilən gübrələr içərisində ən yüksək azot tərkibinə malik olan gübrədir. Bu gübrə kənd təsərrüfatında çox əhəmiyyətlidir”.
ASK
5 Noyabr , 2019 16:19
Mütəxəssis: “Karbamid çox əhəmiyyətli gübrədir”

“Karbamid kənd təsərrüfatı bitkilərinə verilən gübrələr içərisində ən yüksək azot tərkibinə malik olan gübrədir. Bu gübrə kənd təsərrüfatında çox əhəmiyyətlidir”.

Bunu "Report"a Kənd Təssərüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Faiq Xudayev bildirib:

“Ümumiyyətlə, bitkilərin normal inkişaf etməsi, böyüməsi, məhsuldarlığın yaxşı olması üçün qida maddələri ilə təmin olunması mütləqdir. Bu qida maddələrinin içərisində əsas təşkil edən azot, fosfor və kalium gübrələridir. Azot tərkibli gübrələr nitratlı gübrələrdir. Hazırda ammonium nitrat (selitra) fermerlərin ən çox istifadə etdiyi gübrədir”.

"Karbamid dərman preparatlarının istifadəsində, maşınqayırma sənayesində zərərli tüstülərin, atmosferə buraxılan zərərli qazların neytrallaşması istiqamətində də əvəzsiz gübrədir". 

Faiq Xudayev

Завотделом Центра аграрной науки и инноваций Министерства сельского хозяйства Фаиг Худаев

Bununla belə, o qeyd edib ki, karbamid gübrəsi ammonium nitratdan geri qalan gübrə deyil, əksinə, onun tərkibində olan azotun miqdarı 46% təşkil edir, hətta bəzi ədəbiyyatlarda bu, 46,2% göstərilir: “Tərkibinə görə karbamid ammonium nitratdan daha çox azota malikdir. Bundan əlavə, karbamid təkcə kənd təsərrüfatı bitkilərində istifadə olunmur, o həm də sənaye əhəmiyyətlidir. Karbamid dərman preparatlarının istifadəsində, maşınqayırma sənayesində zərərli tüstülərin, atmosferə buraxılan zərərli qazların neytrallaşması istiqamətində də əvəzsiz gübrədir. Düşünürəm ki, fermerlərimizin güclü maarifləndirilməsinə ehtiyac var. Düzdür, karbamiddən istifadə edən fermerlərimiz var. Hətta məsləhət almaq üçün bizə müraciət edirlər. Biz onlara karbamidin üstünlüklərini izah etmişik. Sadəcə, fermerlər uzun illər ammonium sulfatdan istifadə etdiyi üçün ona öyrəşiblər”.

F. Xudayev qeyd edib ki, fermerlər müvafiq mərkəzlərə müraciət etməklə və mütəxəssislə məsləhətləşərək gübrə verə bilər.

Qeyd edək ki, Azərbaycanda bu ildən başlayaraq karbamidin istehsalı həyata keçirilir. Karbamid Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkında yerləşən və illik istehsal gücü 650-660 min ton olan Karbamid Zavodunda istehsal olunur. Karbamid Zavodu bu il yanvarın 16-da istifadəyə verilib. Bu layihə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" (2008-2015-ci illər) və "Sənayenin inkişafına dair Dövlət Proqramı" (2015-2020-ci illər) çərçivəsində həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi