​Azərbaycan meyvə-tərəvəz ixracını 18% artırıb

​Azərbaycan meyvə-tərəvəz ixracını 18% artırıb Bu ilin 11 ayında meyvə-tərəvəz idxalı 13% azalıb
ASK
23 Dekabr , 2014 10:20
​Azərbaycan meyvə-tərəvəz ixracını 18% artırıb

Bakı.23 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan meyvə-tərəvəz ixracı 2013-cü ilin eyni dövrü ilə müqayisədə 17,9% artaraq 268,1 mln. ABŞ dollarına çatıb. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə meyvə-tərəvəz ixracının cəmi ixracda xüsusi çəkisi 1,29% təşkil edib.

Əksinə, ölkəyə meyvə-tərəvəz idxalında azalma müşahidə edilib. Belə ki, illik müqayisədə idxal 13,4% azalaraq 22,3 mln. dollar olub. Bununla da, bu məhsulların idxalı ölkə üzrə cəmi idxalın 0,27%-ni təşkil edib.

Qeyd edək ki, yanvar-noyabr ayları ərzində Azərbaycan xarici ticarət tərəfdaşı olan 147 ölkə ilə ümumilikdə 28,825 mlrd. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Ticarət əməliyyatlarının 8,112 mlrd. dolları idxal, 20,713 mlrd. dolları ixracın payına düşüb. Nəticədə, ticarət əməliyyatlarında 12,601 mlrd. dollarlıq müsbət saldo müşahidə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal 16,6%, ixrac 5,8% azalıb, müsbərt saldo isə 2,7% artıb.

Son xəbərlər

Orphus sistemi