Metyu Qriffits: "OECD Azərbaycana aqrar sahədə quraqlıq və su qıtlığına qarşı mübarizədə kömək edir"

Metyu Qriffits: "OECD Azərbaycana aqrar sahədə quraqlıq və su qıtlığına qarşı mübarizədə kömək edir" İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycanda su ilə bağlı bir sıra işlər görür, o cümlədən kənd təsərrüfatı sahəsində quraqlıq və su qıtlığına qarşı mübarizə yönündə çalışır.
ASK
16 Noyabr , 2023 14:36
Metyu Qriffits: OECD Azərbaycana aqrar sahədə quraqlıq və su qıtlığına qarşı mübarizədə kömək edir

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycanda su ilə bağlı bir sıra işlər görür, o cümlədən kənd təsərrüfatı sahəsində quraqlıq və su qıtlığına qarşı mübarizə yönündə çalışır.

“Report” xəbər verir ki, bunu İqtisadi OECD-in Ətraf mühit direktorluğunun Maliyyə, investisiya və qlobal əlaqələr şöbəsinin Baş proqram meneceri Metyu Qriffits Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda deyib.

O hesab edir ki, biomüxtəlifliyi təmin etmək üçün fərqli təcrübələri bir araya gətirmək çox vacibdir:

"Suyun keyfiyyəti, çirklənmə, iqlim dəyişikliyi təhlükəsi, biomüxtəliflik daha aktual şəkildə müzakirə olunmağa başlanıb. Yəni biomüxtəlifliklə bağlı məsələ hazırda çox aktualdır. Regiona nəzər salmış olsaq görərik ki, biomüxtəliflik əslində məkana bağlıdır, regionaldır, lokaldır. Ona görə də biomüxtəliflik məsələrində situasiya mühüm əhəmiyyət kəsb edir. Biomüxtəlifliyi təmin etmək üçün müxtəlif sektorları, o cümlədən nazirlikləri, akademiyaları, özəl sektoru yəni fərqli təcrübələri bir araya gətirmək çox vacibdir. Digər tərəfdən biomüxtəliflik məsələsində hökümətin doğru istiqamətdə getməsi üçün mühüm əhəmiyyət kəsb edən məqam məhz proqram uyğunluğu ilə bağlıdır".

Onun sözlərinə görə, biomüxtəliflik qarşısında duran əsas maneə maliyyə çatışmazlığıdır: "Hazırda bu sahədə əsas çağırışlar maliyyə ilə bağlıdır.

Bu özünü daha qabarıq şəkildə az və orta gəlirli ölkələrdə göstərməkdədir. Belə ki, bu tip ölkələrdə maliyyə boşluqları inkişaf etmiş ölkələrlə müqayisədə daha çoxdur. Yəni bu gün kifayət qədər böyük investisiya boşluqları mövcuddur. Ona görə də oxşar forumların təşkili investorların işini asanlaşdırmaq və yeni investisiyaların cəlbi baxımından çox önəmlidir. Bu, investisiyalara çıxış imkanlarını asanlaşdıra bilər".

Son xəbərlər

Orphus sistemi