Yuxarı
    Bağlamaq

    Lənkəranda heyvandarlığın inkişafına həsr edilmiş zona müşavirəsi keçirilib

    İclasda heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları müzakirə edilib

    Bakı. 5 may. REPORT.AZ/ Bu gün Lənkəran rayonunda yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirəsi keçirilib.

    "Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, müşavirədə Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayon kənd təsərrüfatı idarələrinin əməkdaşları, bu rayonlarda heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və heyvandarlıq mütəxəssisləri iştirak ediblər.

    Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalardan istifadə olunması, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verib.

    Zona müşavirəsində heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda yem bazasının yaradılması yolları və süni mayalamanın əhəmiyyəti barədə təqdimatlar və çıxışlar olub.

    Müşavirə geniş diskussiya şəraitində keçib, fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı cavablar verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi