Azərbaycan
Bu barədə "Report"a Azərbaycan Kənd Təsərrüfatı Nazilrliyindən bildirilib.
Vətəndaşların və fermerlərin çoxsaylı müraciətlərini nəzərə alaraq Yasamal rayonu, H.Cavid prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində (225 saylı məktəbin qarşısı) yerləşən yarmarka 21-25 avqust tarixləri arasında gündəlik olaraq fəaliyyət göstərəcək.
Belə ki, vətəndaşlarımız mövsümi kənd təsərrüfatı məhsullarını birbaşa yarmarkada iştirak edən fermerlərdən ala bilərlər. Respublikanın 15 müxtəlif rayonundan gəlmiş 50-yə yaxın fermerin yetişdirdiyi məhsulların qiyməti də bazar qiymətləri ilə müqayisədə xeyli aşağıdır.
Yarmarkanın keçirilməsində əsas məqsəd bazarlarda məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaq, həmçinin fermerlərin satış imkanlarını artırmaqdan ibarətdir.
Yarmarkada fermerlər xüsusi piştaxtalar, tərəzilər və geyimlərlə təmin edilib, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılır. Fermerlərin yarmarkada iştirakı tam ödənişsiz qaydada həyata keçirilir.
Məlumat üçün bildirək ki, Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B ünvanında (İnqilab kinoteatrının yanı) keçirilən yarmarka isə şənbə və bazar günləri fəaliyyət göstərir.