Kənd Təsərrüfatı Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb

Kənd Təsərrüfatı Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb Bakı. 30 may. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyində qurumun tabeliyindəki strukturların, Ərazi Kənd Təsərrüfatı İdarələrinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.
ASK
30 May , 2018 17:08
Kənd Təsərrüfatı Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb
Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov / Report
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyində qurumun tabeliyindəki strukturların, Ərazi Kənd Təsərrüfatı İdarələrinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov deyib.

Onun sözlərinə görə, işlərində yol verdikləri ciddi nöqsanlara görə Ağstafa və Yardımlı Rayon Kənd Təsərrüfatı İdarələrinin rəisləri Əliyev İltifat Abı oğlu və İsmayılov Fəxrəddin Baxış oğlu tutduqları vəzifədən azad olunublar.

Son xəbərlər

Orphus sistemi