Kənd Təsərrüfatı Nazirliyində iclas keçirilib

Kənd Təsərrüfatı Nazirliyində iclas keçirilib "Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş vəzifələr müzakirə olunub
ASK
24 Oktyabr , 2017 12:17
Kənd Təsərrüfatı Nazirliyində iclas keçirilib

Bakı. 24 oktyabr. REPORT.AZ/ “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin (KTN) və tabeli qurumlarının əməkdaşlarından ibarət işçi qrupunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə birgə növbəti iclası keçirilib.

“Report” KTN-ə istinadən xəbər verir ki, tədbirdə “Strateji Yol Xəritəsi”nin əsas hədəfləri və prioritet istiqamətləri, o cümlədən bitkiçilik sahəsi, fitosanitar nazarət və bitki mühafizəsi məsələləri müzakirə olunub.

İclasda intensiv üsulla salınan meyvə bağlarının (xüsusilə nar, xurma, gilas, alma, habelə fındıq və digər qərzəkli meyvələr) və üzüm plantasiyalarının genişləndirilməsinin təşviqi, kartof istehsalı, örtülü torpaqlarda, o cümlədən istixanalarda faraş tərəvəz istehsalının artırılması, ərzaq təyinatlı yumşaq və bərk buğda, habelə digər dənli paxlalı bitkilər istehsalı, pambıq, tütün və barama istehsalının artırılmasının təşviqi, bitki yağları istehsalında istifadə olunan xammalın (günəbaxan, qarğıdalı, zeytun və s.) yerli istehsalının artırılması imkanlarının qiymətləndirilməsi, çay plantasiyalarının genişləndirilməsinin stimullaşdırılması, toxum və ting istehsalının təşviq edilməsi bu sahədə keyfiyyətə nəzarət sisteminin yaradılması və sertifikatlaşdırma mexanizminin təkmilləşdirilməsi, elektron məlumat bazasının yaradılması, toxumçuluq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi, gübrələrdən istifadənin təşviq edilməsi, gübrə və bitki mühafizə vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, bitkilərin sağlamlığının izlənilməsi və nəzarəti üzrə effektiv sistemin yaradılması, bitki mühafizəsi sahəsində inteqrir mübarizə tədbirləri sistemlərinin hazırlanması və tətbiq edilməsi, baytarlıq və fitosanitar xidmətləri üzrə laboratoriyaların modernləşdirilməsi, ekoloji təmiz məhsul istehsalının təşviqi, ekoloji təmiz məhsul istehsal edən fermerlərin formalaşdırılması və s. məsələlər müzakirə olunub və görüləcək işlərlə bağlı tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi