Bakı. 16 iyul. REPORT.AZ/ Bu gün ADA Universitetində kənd təsərrüfatı naziri
Nazirliyin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, memorandumun əsas məqsədi aqrar sahədə yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması üçün nazirliyin dəstəyi ilə ADA Universitetində müvafiq ixtisasın tədrisini səmərəli şəkildə təşkil edib həyata keçirməkdir.
ADA Universitetinin rektoru H.Paşayev iqtisadiyyatda kənd təsərrüfatının önəmli sahələrdən biri olduğunu vurğulayıb və bu proqramın uğurla həyata keçəcəyinə əminliyini ifadə edib. H.Əsədov Azərbaycanın tarixən aqrar ölkə olduğunu, ölkədə həyata keçirilən aqrar siyasət, aqrar sahədə kadr hazırlığının vacibliyini qeyd edib. İlk dəfə imzalanan bu memorandumun ADA Universiteti ilə
17 ay davam edəcək tədris proqramını müvəffəqiyyətlə bitirənlər ADA Universitetinin magistrantı dərəcəsini qazanacaqlar. ADA Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti ilə zəruri əlaqələndimə və əməkdaşlığı həyata keçirəcək. İlk qəbul 2016-2017-ci tədris ilində nəzərdə tutulub. İxtisası seçənlər MBA tədris proqramı çərçivəsində kənd təsərrüfatı sənayesinin əsasları, iqtisadiyyatı, maliyyələşməsi, marketinqi, idarə edilməsi üzrə nəzəri fənnlər və praktiki seminarlar keçəcəklər. Magistrantlar beynəlxalq təcrübədən yararlanmaq məqsədi ilə xaricə təhsil mübadiləsi səfəri də edəcəklər.
Görüşdən əvvəl H.Əsədov ADA Universitetinin fəaliyyəti ilə tanış olub.