Kənd Təsərrüfatı Nazirliyi arıçıların kredit ittifaqına maliyyə dəstəyi verə bilər

Kənd Təsərrüfatı Nazirliyi arıçıların kredit ittifaqına maliyyə dəstəyi verə bilər Bakı. 1 mart. REPORT.AZ/ “Azərbaycan arıçılarının kredit ittifaqı üçün ilkin mərhələdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yarım milyon manata qədər vəsait ayrıla bilər.
ASK
1 Mart , 2018 15:23
Kənd Təsərrüfatı Nazirliyi arıçıların kredit ittifaqına maliyyə dəstəyi verə bilər

Bakı. 1 mart. REPORT.AZ/ “Azərbaycan arıçılarının kredit ittifaqı üçün ilkin mərhələdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yarım milyon manata qədər vəsait ayrıla bilər".

Bunu “Report”a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum bu məsələni vaxtilə nazir Heydər Əsədovla müzakirə edib: “Nazir ilk vəsaitin onlar tərəfindən ayrılacağını deyib. Hazırda bu istiqamətdə iş gedir”.

B.Həsrətov onu da deyib ki, bu il Azərbaycan ötən illə müqayisədə bal ixracını artıracaq: “Hazırda yerli istehsalçılar daxili tələbatı ödəməklə yanaşı ixraca da yönəliblər. Ötən il Azərbaycan Yaponiyaya 6 ton bal ixrac edib. Bu ölkənin qonşusu Çinin böyük bal ehtiyatları olsa da, Azərbaycan balına maraq böyükdür. Bundan başqa, Ciddədən (Səudiyyə Ərəbistanı) də sifariş gəlib. Kuveytə 450 kq nümunə göndərmişik və marketlərə paylanılıb”. 

Son xəbərlər

Orphus sistemi