Kənd təsərrüfatı nazirinin müavini Tovuzda vətəndaşları qəbul edib

Kənd təsərrüfatı nazirinin müavini Tovuzda vətəndaşları qəbul edib Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bu gün Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Tovuz, Qazax rayonları və Bakı şəhərindən olan vətəndaşları qəbul edib.
ASK
1 Sentyabr , 2023 14:42
Kənd təsərrüfatı nazirinin müavini Tovuzda vətəndaşları qəbul edib

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bu gün Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Tovuz, Qazax rayonları və Bakı şəhərindən olan vətəndaşları qəbul edib.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciəti əsasən fermerlərə subsidiyanın verilməsi, işlə təminat, meyvə bağlarında müasir suvarma sisteminin qurulması, eləcə də meyvə bağlarının üzərinə çəkilən xüsusi örtüklərin idxalına görə dövlət güzəştinin tətbiqi, arıçılığın inkişafı, torpaq sahələrinin sənədləşdirilməsi, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.

Nazir müavini hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

E.Zeynalov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Son xəbərlər

Orphus sistemi