Kənd təsərrüfatı naziri sahibkarlara lisenziyaların verilməsi məsələsinə aydınlıq gətirib

Kənd təsərrüfatı naziri sahibkarlara lisenziyaların verilməsi məsələsinə aydınlıq gətirib Nazir Kənd Təsərrüfatı Nazirliyinin bu sahədə fəaliyyətinin yoxlama xarakteri daşımayacağını deyib
ASK
31 Oktyabr , 2015 14:10
Kənd təsərrüfatı naziri sahibkarlara lisenziyaların verilməsi məsələsinə aydınlıq gətirib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanda müddəti bitmiş, yaxud vaxtı ötmüş lisenziyaların verilməsi "ASAN xidmət" vasitəsilə həyata keçiriləcək. Lisenziyaların verilməsi və ona nəzarət isə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən aparılacaq.

"Report"un xəbərinə görə, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

H.Əsədovun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin də bundan sonrakı işi lisenziyalar və ya aidiyyəti şəhadətnamələr və ya digər zəruri sənədlər verildikdən sonra yenə də funksional vəzifələrə uyğun olaraq həmin müayinə və baxışların keçirilməsindən ibarət olacaq: "Bizim fəaliyyətimiz yoxlama xarakteri daşımayacaq".

Qeyd edək ki, Azərbaycanda "ASAN xidmət" vasitəsilə müddəti bitmiş, yaxud vaxtı ötmüş lisenziyaların verilməsinə noyabrın 2-dən başlanılacaq. Lisenziyaları Bakıda 5 saylı "ASAN xidmət" və regionlardakı "ASAN xidmət" mərkəzləri verəcək.

Son xəbərlər

Orphus sistemi