Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
ASK
- 16 aprel, 2024
- 16:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünyada kakao paxlasının qiyməti bir ton üçün 11 min ABŞ dollarını keçərək yeni tarixi maksimuma çatıb.
“Report” xəbər verir ki, bunu “ICE Futures” birjasının məlumatları göstərir.
Belə ki, bugünkü ticarətdə kakao paxlasının may fyuçersləri 11 068 dollar/tona yüksəlib. İlin əvvəlindən bəri kotirovkalar artıq iki dəfədən çox artıb. Son göstərici həm də 1977-ci ilin rekordundan düz iki dəfə çoxdur.
Xatırladaq ki, buna qədər kakao paxlası üzrə rekord bu il martın 26-da qeydə alınmışdı. O zaman tarixdə ilk dəfə olaraq xammalın dəyəri bir ton üçün 10 min ABŞ dollarını ötmüşdü.
Son xəbərlər
01:25
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 18-ə çatıb
Digər ölkələr01:04
ABŞ-də dövlət xidmətlərinə çıxış üçün süni intellekt platforması yaradılır
Digər ölkələr00:53
UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib
Futbol00:31
Vaxtanq Caraia: Orta Dəhliz Azərbaycan və Gürcüstan üçün strateji əhəmiyyət daşıyır
Region00:19
ABŞ-də ölkənin ilk kiçik modul reaktorunun tikintisi təsdiqlənib
Digər ölkələr00:12
Bir sıra NATO ölkələri "Merops" dronla mübarizə sistemlərini alacaq
Digər ölkələr23:55
Qazaxıstan və Almaniya 2 milyard dollarlıq sənəd imzalayıb
Region23:34
Aİ qışda enerji qıtlığı gözləmir, lakin qiymətlərin artmasına hazırlaşır
Digər ölkələr23:20