İtaliya səfiri: "Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik"

İtaliya səfiri: "Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik" İtaliya Azərbaycana ərzaq və kənd təsərrüfatı sahəsində texnologiyaların gətirilməsinə töhfə verə bilər.
ASK
16 Oktyabr , 2023 11:07
İtaliya səfiri: Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik

İtaliya Azərbaycana ərzaq və kənd təsərrüfatı sahəsində texnologiyaların gətirilməsinə töhfə verə bilər.

"Report" xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ADA Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təşkilatçılığı ilə Bakıda Ümumdünya Qida Günü münasibəti ilə keçirilən, Kənd təsərrüfatı və qida elmləri fakültəsinin açılışına həsr olunmuş tədbirdə bildirib.

"İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın artırılması üçün işlər görülür. Ərzaq və kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün də imkanlar var. Dövlət qurumlarının, özəl sektorların, vətəndaş cəmiyyətlərinin ərzaq təhlükəsizliyi ilə bağlı fəaliyyəti də bu məsələdə xüsusi rol oynaya bilər", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi