İndoneziyadan Azərbaycana kakao idxalı bərpa edilib
- 24 oktyabr, 2022
- 13:58
Bu ilin ilk 8 ayında Azərbaycana xaricdən 2,699 milyon ABŞ dolları dəyərində 783 ton kakao tozu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,5 %, kəmiyyət olaraq – 14 % çoxdur.
Hesabat dövründə Türkiyədən 1,976 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10,8 % çoxdur) 542,95 ton (+2,6 %), Niderlanddan 237,72 min ABŞ dolları dəyərində (+96 %) 71,22 ton (+2,6 dəfə), Rusiyadan 212,13 min ABŞ dolları dəyərində (-8,1 %) 58,47 ton (-32 %), Çindən 71,89 min ABŞ dolları dəyərində (+5,5 dəfə) 45 ton (+5 dəfə), Kot-d'İvuardan 68,92 min ABŞ dolları dəyərində (+30 dəfə) 23,6 ton (+73 dəfə) məhsul alınıb.
Bir il 2 aylıq fasilənin ardından İndoneziyadan tədarük bərpa edilib. Həmin ölkədən 30,14 min ABŞ dolları dəyərində 17,63 ton kakao alınıb.