İki ölkədən Azərbaycana şəkər idxalı bərpa edilib
- 16 noyabr, 2022
- 13:01
2022-ci ilin ilk 9 ayında Azərbaycandan xaricə 18,764 milyon ABŞ dolları dəyərində 27 min 122 ton şəkər göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 45 % azdır.
Qazaxıstana 7,795 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 354 dəfə çoxdur) 10 min 372 ton (+415 dəfə), Türkmənistana 6,878 milyon ABŞ dolları dəyərində (-65 %) 10 min 695 ton (-71,4 %), Gürcüstana 3,141 milyon ABŞ dolları dəyərində (+44,4 dəfə) 4 min 982 ton (+60,7 dəfə), Rusiyaya 596,47 min ABŞ dolları dəyərində (-11,2 %) 525,55 ton (-27,8 %), Qırğızıstana 277,76 min ABŞ dolları dəyərində (-92 %) 448 ton (-93,4 %) məhsul satılıb.
Hesabat dövründə Azərbaycan xaricdən 278,5 min ABŞ dolları dəyərində (-96,4 %) 263,18 ton (-98,2 %) şəkər alıb.
Ukraynadan 129,77 min ABŞ dolları dəyərində (-78,8 %) 205,19 ton (-81,3 %), Finlandiyadan 43,96 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 24,23 ton (+90 %), Rusiyadan 23,79 min ABŞ dolları dəyərində (-99,1 %) 9,46 ton (-99,8 %), Lüksemburqdan 18,19 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 1,95 ton (+71 %), Türkiyədən 14,69 min ABŞ dolları dəyərində (-99,6 %) 4,32 ton (-99,9 %) şəkər tədarük edilib.
On il 4 ayın tamamında Tayvandan, 3 il 4 aylıq fasilənin ardından Tailanddan tədarük bərpa edilib. Azərbaycan həmin ölkələrdən müvafiq olaraq 4,46 min ABŞ dolları dəyərində 1 ton və 0,08 min ABŞ dolları dəyərində 0,03 ton şəkər idxal edib.