İsrail səfiri Naxçıvanda kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

İsrail səfiri Naxçıvanda kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib Səfər zamanı diplomat həmçinin Naxçıvan Dövlət Universitetində Azərbaycan-İsrail münasibətlərinə dair mühazirə ilə çıxış edib
ASK
24 May , 2017 12:15
İsrail səfiri Naxçıvanda kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib
İsrailin Azərbaycandakı səfiri Dan Stav / Report

Bakı. 24 may. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfiri Dan Stav Naxçıvan Muxtar Respublikasında səfərdədir.

İsrailin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər zamanı D.Stav Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov ilə görüşüb və onunla müxtəlif sahələrdə, xüsusən də kənd təsərrüfatı, su menecmenti, səhiyyə, turizm və akademik sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edib.

Bununla yanaşı, ikitərəfli əməkdaşlıq imkanlarının müzakirəsi üçün Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı, səhiyyə nazirləri və Naxçıvanın biznes dairələrinin nümayəndələri ilə görüşlər keçirilib. Səfir səhiyyə naziri Niyazi Novruzov ilə Naxçıvanın Mərkəzi Xəstəxanasında olub.

Səfər zamanı diplomat həmçinin Naxçıvan Dövlət Universitetində Azərbaycan-İsrail münasibətlərinə dair mühazirə ilə çıxış edib.

Son xəbərlər

Orphus sistemi