İsmayıllıda qanunsuz at kəsimi ilə məşğul olan şəxs aşkar edilib

İsmayıllıda qanunsuz at kəsimi ilə məşğul olan şəxs aşkar edilib Aşkarlanan at cəmdəkləri müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib
ASK
14 Dekabr , 2016 13:51
İsmayıllıda qanunsuz at kəsimi ilə məşğul olan şəxs aşkar edilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) İsmayıllı rayon Baytarlıq İdarəsi və İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınan anonim məlumat əsasında birgə reyd keçirilib.

DBNX-dən "Report"a daxil olan məlumata görə, reyd nəticəsində İsmayıllı rayon Qubaxəlilli kənd sakini 1967-ci il təvəllüdlü Saleh Əmirxan oğlu Həsənov gizlin şəkildə, qanunsuz olaraq Qubaxəlilli kəndinin qışlağında 3 baş atı kəsərkən aşkar edilib.

Araşdırma zamanı atların mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığı, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, gizlin şəkildə və antisanitar şəraitdə kəsildiyi müəyyənləşib. Kəsilən at cəmdəklərinin çəkisi 210 kq miqdarında olub.

Antisanitar şəraitdə kəsilərkən aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq, qanunvericiliyə müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi