Yuxarı

İranın kənd təsərrüfatı naziri Azərbaycana gələcək

Bakıda Azərbaycan-İran biznes-forumunun keçirilməsi nəzərdə tutulub

Bakı. 12 may. REPORT.AZ/ İranın kənd təsərrüfatı naziri Mahmud Höccətinin rəhbərlik etdiyi nümayəndə heyəti və aqrar sahə üzrə özəl sektoru təmsil edən bir qrup iranlı iş adamlarının mayın 15-17-də Azərbaycana səfəri nəzərdə tutulub. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan xəbərə görə, M.Höccətinin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda Kənd Təsərrüfatı Nazirliyində geniş tərkibdə görüşü, ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirə olunması, həmçinin mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, səfər çərçivəsində Azərbaycanın aqrar sektorunda fəaliyyət göstərən İran iş adamlarının iştirakı ilə birgə biznes-forum keçiriləcək və Kənd Təsərrüfatı Nazirliyində işçi qrupu səviyyəsində müzakirələr aparılacaq. Həmçinin, nümayəndə heyətinin digər nazirlik və qurumlarda da görüşləri nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi