Yuxarı

​Gürcüstandan Azərbaycana gətirilən 9,2 ton şaftalı geri qaytarılıb - FOTO

Məhsulda Kaliforniya qalxanlı yastıcası aşkar edilib

Bakı. 5 iyul. REPORT.AZ/ Bu gün Gürcüstandan Azərbaycana gətirilən 9,2 ton nektarin və şaftalı məhsulunda karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlandığı üçün geri qaytarılıb. 

"Report"un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu məhsullardan götürülən nümunələr Dövlət Fitosanitar Nəzarəti Xidməti Karantin-Ekspertiza Mərkəzinin laboratoriyalarında yoxlanılıb və ekspertiza nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən Kaliforniya qalxanlı yastıcası (Quadraspidiotus perniciosus Comstock) aşkar edilib.

Kaliforniya qalxanlı yastıcası polifaq karantin obyekti olub, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, zoğal, naringi və s. kimi ümumilikdə 270-ə yaxın bitki növü ilə qidalanır. Zərərvericinin respublikanın bitki örtüyü üçün təhlükəliliyini nəzərə alaraq yük ixracatçı ölkəyə geri qaytarılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi