Gürcüstan Azərbaycandan nar tədarükünü kəskin artırıb

ASK
  • 30 iyun, 2022
  • 08:50
Gürcüstan Azərbaycandan nar tədarükünü kəskin artırıb

2022-ci ilin ilk 4 ayı ərzində Azərbaycan 2,424 milyon ABŞ dolları dəyərində 1 min 541 ton nar ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18,8 %, kəmiyyət olaraq – 19,3 % azdır.

Rusiyaya 2,347 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 17,5 % azalıb) 1 min 312 ton (-17 %), Gürcüstana 46,31 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 128,24 ton (+3,2 dəfə), Ukraynaya 29,72 min ABŞ dolları dəyərində (-76,2 %) 99,1 ton (-65 %) və Qazaxıstana 0,87 min ABŞ dolları dəyərində 2,9 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.

Hesabat dövründə ölkəyə 27,19 min ABŞ dolları dəyərində 21,72 ton nar gətirilib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 3,5 dəfə və 7 dəfə çoxdur.

Türkiyədən 25,02 min ABŞ dolları dəyərində 20,85 ton (bir il əvvəl tədarük olmayıb) və Perudan 2,17 min ABŞ dolları dəyərində (-71,6 %) 0,87 ton (-71,9 %) məhsul alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti