Yuxarı

Fransa şirkəti ​Azərbaycanda zərər edib

Devalvasiya nəticəsində zərərə düşən şirkət məhsullarının 15% bahalaşacağını gözləyir

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən Fransanın südçülük sahəsi üzrə ixtisaslaşmış “Lactalis” şirkəti bu ilin fevralında həyata keçirilən manatın devalvasiyası nəticəsində zərər çəkib. Şirkətin maliyyə böhranı nəticəsində xarici tərəfdaşlara olan borcu 35% artıb. Bunu "Report"a şirkətin Azərbaycandakı satış müdiri Elvin Rzayev bildirib.

Onun sözlərinə görə, "Lactalis" ölkəyə məshullarını idxal edərkən ödənişləri öncədən etmir, satışdan sonra reallaşdırılır: "Nəticədə, təxminən 1 mln. manat ziyana düşdük".

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar şirkətin təmsilçisi qeyd edib ki, Ukrayna və Rusiya zavodlarından idxal ediləcək məshulların qiymətində artım olmayacaq: "Çünki bu ölkələrdə də devalvasiya baş verib. Amma Avropadan gətiriləcək məhsullarda təxminən 10-15% artım gözlənilir".

Şikət artıq 3 ildir Azərbaycanda fəaliyyət göstərir, bu yaxınlarda isə ayran istehsalına başlamaq niyyətindədir. Ayranın hazırlanması üçün məhsul Fransadan gətiriləcək. İlkin olaraq gündəlik istehsal 5 ton olacaq, sonradan isə istehsal tələbata uyğunlaşdırılacaq.

Qeyd edək ki, "Lactalis"in dünyada 211 zavodu fəaliyyət göstərir və 256 növ pendir istehsal edir. Azərbaycan bazarına əsasən “Président”, “Société”, “Galbani”, “Dolce” və “Lactel” kimi ticarət markaları çıxarılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi