​Fikrət Məmmədov Ağdamda vətəndaşları qəbul edib

​Fikrət Məmmədov Ağdamda vətəndaşları qəbul edib Ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə də tanış olub
ASK
15 May , 2015 19:00
​Fikrət Məmmədov Ağdamda vətəndaşları qəbul edib

Bakı. 15 may. REPORT.AZ/ Bu gün ədliyyə naziri Fikrət Məmmədov Ağdam rayonu Quzanlı qəsəbəsində Ağdam, Tərtər, Ağcabədi və Laçın rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Nazirlikdən "Report"a verilən məlumata görə, qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə görüşərək dövlət başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ilə bağlı tələblərini diqqətə çatdıraraq aidiyyəti tövsiyə və tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi