Fermerlərə yardım ödənilməsilə bağlı sənədlər "Kapital Bank"a göndərilib

Fermerlərə yardım ödənilməsilə bağlı sənədlər "Kapital Bank"a göndərilib Kənd təsərrüfatı məhsulları istehsalçılarına 63 milyondan çox vəsait ayrılıb
ASK
6 Avqust , 2015 19:27
Fermerlərə yardım ödənilməsilə bağlı sənədlər Kapital Banka göndərilib

Bakı. 6 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin dəyərinin orta hesabla 70 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, İ.Quliyev qeyd edib ki, bu ildən dövlət başçısının sərəncamı ilə istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım 25% artırılıb. Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat yardım verilməsi ilə bağlı 60 rayon (şəhər) komissiyasından daxil olmuş sənədlərə baxılıb.

Respublika Komissiyası 60 rayon (şəhər) komissiyası üzrə 372 234 istehsalçıya 1 263 947,0 hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 63 197 350,0 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.

Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yardım veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri və hesablanmış yardımın məbləği barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

İctimai nəzarəti gücləndirmək, şəffaflığı və hesabatlılığı təmin etmək,eləcə də ayrılmış dövlət vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etmək məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarından, qeyri-hökumət təşkilatlarından və digər maraqlı tərəflərdən dövlət yardımları ilə bağlı qarşılaşdıqları neqativ hallar barədə məlumatı Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə (1652) bildirməklə yaxud [email protected] elektron poçtuna ünvanlamaqla bizə yardımçı olmaları xahiş olunur.

Son xəbərlər

Orphus sistemi